Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dərs saatları Xocalı soyqırımına həsr edilib. Tələbələr ilk dərslərdə dünyanı Xocalı soyqırımını tanımağa, erməni separatçılarının Azərbaycanda apardıqları işğalçılıq siyasətini pisləməyə səsləyiblər.
Teleqraf.com-a verilən xəbərə görə, ADNSU-nun Xocalı soyqırımına həsr edilən tədbirlər planına uyğun olaraq Xocalı soyqırımının dünyada tanıdılması və pislənilməsi üçün müxtəlif aksiya və tədbirlər həyata keçirilir. Hər bir fakültədə Soyqırım qurbanlarının xatirəsini anan fotostendlər hazırlanır, ilk dərs saatlarında tələbələrə Xocalı soyqırımı ilə bağlı məlumatlar verilir. Xocalı soyqırımı ilə bağlı internet səhifələrinə Xocalı soyqırımını əks etdirən məlumatlar daxil edilib. Xocalı soyqırımına həsr olunmuş rəsm sərgiləri, bədii gecələr keçirilir, tamaşalar hazırlanır, sənədli və bədii filmlərin nümayişi təşkil olunur.
ADNSU tələbələri və əməkdaşlarının Xocalı faciəsinin 24 illiyi ilə əlaqədar keçirdikləri anım tədbirləri auditoriyalarda baş tutan oturaq aksiyalarla davam edir.
Xarici ölkə vətəndaşları olan tələbələrimizə erməni işğalçılarının rus hərbi qüvvələri ilə birləşərək dinc əhaliyə qarşı törətdikləri insanlığa sığmayan vəhşiliyi erməni cinayətlərini əks etdirən filimlər nümayiş olunub.
Erməni vandalizmi pislənilib. Tezliklə torpaqlarımızın işğaldan azad olunması tələbi ilə, dünya birliyi Azərbaycanda törədilən soyqırımlara biganə qalmamağa çağırılıb.
NİGAR