25 Fevral 2016 01:48
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Qazaxıstanın Aktau şəhərində “Xocalı fəryadı” tamaşasının ilk nümayişi olub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğun mətbuat katibliyi məlumat verib.

Baş konsulluğun təşəbbüsü və dəstəyi ilə azərbaycanlı gənclər tərəfindən hazırlanmış tamaşada ermənilərin dinc Xocalı sakinlərinə qarşı törətdikləri vəhşiliklərdən bəhs olunur. Xocalıda qətlə yetirilən insanların ruhlarının ayağa qalxaraq fəryad etmələri, “Erməni təcavüzünə son!”, “Biz ədalət istəyirik!” şüarları səsləndirmələri tamaşanın əsas məzmununu təşkil edir. Tamaşanın sonunda “Xocalıya ədalət” mahnısı ifa olunur.


Müəllif: