25 Fevral 2016 16:01
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Texniki Universitetində Xocalı Soyqırımının 24-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Bu haqda Teleqraf.com-a Universitetdən məlumat verilib.

Tədbiri açan AzTU-nun rektoru, professor Havar Məmmədov bildirib ki, həmin dövrdə respublika rəhbərliyi xalqımıza qarşı törədilmiş misli görünməmiş bu cinayəti və soyqırım hadisəsini xalqdan gizlədilib, beynəlxalq ictimaiyyətə çatdırılmayıb, biganəlik göstərilib.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Tahir Rzayev və faciənin canlı şahidləri, 2 nömrəli Xocalı şəhər məktəbinin direktoru Fiqura Rüstəmova, eləcə də Xocalı sakini Nazim Hüseynov həmin günlərdə baş verən qanlı faciələri bir-bir yada salaraq qeyd ediblər ki, düşmən tanklarının altında qalıb məhv edilən qocaların, erməni süngüsünə keçirilən südəmər körpələrin, əsirlikdə döyülən, söyülən, təhqir edilən azərbaycanlıların fəryadı cavabsız qalmayacaq. Xalqımız bir yumruq kimi birləşərək müqəddəs Azərbaycan torpaqlarını tezliklə düşməndən təmizləyəcək. O günün tezliklə gələcəyinə hamımız inanır və səbirsizliklə gözləyirik.


Tədbirdə Xocalı faciəsinə həsr olunmuş sənədli kinolent və tələbələrin hazırladığı Xocalı hadisələrindən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Qeyd edək ki, Xocalı Aeroportunun müdafiəsində həlak olanlardan Milli Qəhrəman Hikmət Nəzərli və Elçin Quliyev Azərbaycan Texniki Universitetinin məzunlarıdır.


Müəllif:

Oxşar xəbərlər