25 Fevral 2016 18:17
458

Ermənistan səmimilik sınağından keçə bilmədi.

Trend-in "TurkishNY" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Ermənistanın qonşularına qarşı xoş niyyəti yoxdur.

2009-ci ildə imzalanmış Ermənistan-Türkiyə protokollarından danışan nazir qeyd edib ki, Türkiyə ikitərəli əlaqələrin normallaşdırılması üçün Ermənistan qarşısında şərt qoydu: "Şərtə əsasən, Azərbaycan torpaqları işğaldan azad edilməlidir. Lakin Ermənistan bu şərti yerinə yetirmədi. Azərbaycan torpaqları azad edilmədən Ankara və Yerevan arasında əlaqələrin normallaşmasından söhbət gedə bilməz".


Müəllif: