12 İyun 2014 12:59
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz istəyirik ki, başa çatan Tvininq layihəsi sonuncu olmasın və bundan sonra da davam etsin. Çünki bu layihə Azərbaycanda turizimin inkişafına böyük dəstək verir.”

Teleqraf.com xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.

Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyduğunu deyən nazir qeyd edib ki, ölkəmizdə turizmin inkişafı üçün hayata keçirilən layihə əsasən 3 mərhələdən ibarət olub: “İlk mərhələyə 2001-ci ildə start verilib. Birinci mərhələnin əsas məqsədi o idi ki, Azərbaycan turizmini dünyaya tanıdaq və dünya turizm xəritəsində özümüzün turizm anlayışının mövcud olduğunu bəyan edək. İkincisi isə ilkin proseslərə başlamaq üçün Azərbaycanda daxili ictimai rəyin və turizm sənayesinin formalaşdırılması üçün müxtəlif vasitələrdən istifadə edək. Buna görə də qanun işlənildi və bəzi dəyişikliklər olundu, dövlət proqramları hazırlandı. Bu proseslər nəticəsində Azərbaycanın coğrafi baxımından xəritədə mövcud olduğunu sübut etdik.

2-ci mərhələ təxminən 2006-cı ildə başlayıb. Bu mərhələdə Azərbaycana gələn turizlərin sayının çoxalması, ölkəmizin beynəlxalq səviyyədə tanınması prosesi start götürdü. Hətta Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi edən və beynəxalq kürsülərdə öz sözünü deyən bir dövlət kimi tanındı və ölkəmizə diqqət daha artmağa başlandı.

Əgər 2001-ci ildə ölkəmizə gələn turistlərin sayı 400 min nəfərdisə, 2006-cı ildə bu rəqəm 2 milyona qədər yüksəldi. Bu mərhələdə Azərbaycan daxilində turizm sənayesinin başqa əsaslarla formalaşması prosesini tələb etdi və ölkəmizdə daha böyük tədbirlərin keçirilməsinə nail olduq. Bu mərhələ daxilində ölkədə turizmin inkişafına daha da nail olmaq üçün mühmanxanaların tikilməsi kimi bir sıra işlərə başladıq. Bu proseslər də Azərbaycanın regionlarına turizm axınının başlanmasında böyük rol oynadı.

Sevil


Müəllif: