1 Mart 2016 14:51
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında şirkətlərdə korporativ idarəetmə prinsiplərinin tətbiqinin əhəmiyyəti ilə bağlı verilmiş tapşırığa uyğun olaraq, dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlimlərə başlanılıb.

Martın 1-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Xarici investisiyaların təşviqində korporativ idarəetmənin rolu” mövzusunda ilk təlimdə 20-dən çox dövlət müəssisəsinin nümayəndələri iştirak edib. Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Nicat Eyvazzadə investisiya anlayışı, iqtisadiyyatın inkişafında xarici investisiyaların rolu və xarici investisiyaların təşviqində düzgün korporativ idarəetmənin əhəmiyyəti barədə məlumat vermiş, iştirakçıların suallarını cavablandırıblar.

Dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinin əhəmiyyəti nəzərə alınaraq belə təlimlər davam etdiriləcək.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər