1 Mart 2016 18:50
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Elmi Kitabxanasında “AMEA-da elektron elmi-intellektual bazanın yaradılması” mövzusunda konfrans keçirilib. Konfransda AMEA-nın elmi müəssisə və təşkilatlarından elmi işlər üzrə direktor müavinləri, elmi katiblər, kitabxanaçılar və İKT üzrə mütəxəssislər iştirak edib.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, elektron elmi-intellektual bazanın yaradılmasının indiki zamanda elmin əsas tələblərindən biridir və belə baza gələcəkdə elmi irsin daha etibarlı qorunub saxlanılması, müasir dövrün tələblərinə uyğun şəkildə istifadəsinə geniş imkanlar yaradacaq.


Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova bu təşəbbüsün “Milli Rəqəmsal Yaddaş” layihəsi çərçivəsində atılan növbəti addım olduğunu qeyd edib. Leyla İmanova ötən qısa müddət ərzində bu sahədə həyata keçirilmiş önəmli işlərdən danışıb.

O deyib ki, bu gün AMEA-nın institutlarında elekron resurslar hər bir müəssisənin öz baza sisteminə uyğun saxlanılır. MEK-in təklif etdiyi baza sistemi isə AMEA-da toplanan elektron resursların vahid formatda sistemləşdirilməsinə və mövcud elmi informasiyanın ikitərəfli şəkildə asan mübadiləsinə imkan verir.

Leyla İmanova MEK-in proqramçılar və layihəçilər qrupu tərəfindən kitabxana işi üzrə təhlillər aparılaraq bu sahədə fəaliyyətin daha da asanlaşdırılmasını təmin etmək məqsədilə hazırlanan proqramlardan da danışıb.

Tədbirdə Milli Rəqəmsal Yaddaş bazasının fəaliyyətinin daha da təkmilləşdirilməsi və kitabxanada vahid elektron idarəedilmə sisteminin qurulması tələbini nəzərə alaraq bir sıra təkliflər səsləndirilib.

Sevil


Müəllif:

Oxşar xəbərlər