2 Mart 2016 11:31
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai TV işdən çıxarılan əməkdaşla bağlı açıqlama yayıb.

Bir sıra internet portallarında İntizar İsmayılın İTV-dən işdən çıxarıldığı və bunun AzTV rəhbərliyinin qərarıyla olduğu haqda məlumat yayılıb. İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr şöbəsi bununla bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: "İntizar Dinlərlə (İsmayıl) bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından onun müqaviləsinə xitam verilib. Həmçinin nəzərinizə çatdırırıq ki, İTV-nin rəhbərliyi qərarları kənardan heç bir müdaxilə olmadan, müstəqil şəkildə qəbul edir və verilmiş qərarların AzTV rəhbərliyinə heç bir aidiyyatı yoxdur".


Müəllif:

Oxşar xəbərlər