3 Mart 2016 12:22
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Elə bir ölkə yoxdur ki, orada istehsalata, bazara dövlət nəzarəti olmasın. Bu, bizdə başqa bir forma daşıyırdı. Yersiz yoxlamalar var idi".

Bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov sahibkarların fəaliyyəti ilə bağlı yoxlamaların ləğvinə münasibət bildirərkən deyib.

Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev yoxlamalar sahəsində müvafiq dəyişikliklərin aparılması, xarici təcrübələrin öyrənilməsinə dair tapşırıqlar verib: "Tək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi deyil, həmçinin yoxlayıcı orqanlar bu məsələnin üstündə işləyir. İslahatlar olacaq və bununla bağlı təkliflər hazırlanıb. Təbii ki, yaxın zamanlarda yeni qaydalar qəbul ediləcək. Elə bir ölkə yoxdur ki, orada istehsalata, bazara dövlət nəzarəti olmasın. Bu, bizdə başqa bir forma daşıyırdı. Yersiz yoxlamalar var idi. Bunun üçün də bizdə belə bir qərar qəbul edildi ki, bu sahə təkmilləşsin, lazım olarsa yeni qurum yaradılsın. Mən ümumiyyətlə planlı yoxlamaların əleyhinəyəm”.

R.Həsənov qeyd edib ki, ümumiyyətlə, nəzarət sistemi bazar vasitəsilə təkmilləşməlidir: “Yəni istehlak bazarında olan məhsulları alırıq, yoxlayırıq və nəticəyə əsaslanıb kiminsə qapısını döyə bilərik. Eyni zamanda, idxal edilən məhsullar keyfiyyətsiz məhsullardısa, bunu araşdırmaq lazımdır ki, niyə keyfiyyətsizdir”?

İlhamə


Müəllif:

Oxşar xəbərlər