4 Mart 2016 00:35
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 3-də axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Doha reysinə minik zamanı valideynlərin diqqətsizliyi üzündən iki yaşlı uşaq xəsarət alıb.

Aeroportdan AZƏRTAC-a verilən məlumata görə, iki yaşlı İsa Əliyev təyyarəyə minik zamanı anasının əlindən çıxaraq pəncərəyə tərəf qaçıb. Nəticədə aeroportun binasının konstruksiyasının dərinliyinə düşən uşaq bədən xəsarətləri alıb.

Hava limanının müvafiq xidməti tərəfindən uşağa yerində operativ tibbi yardım göstərilib və o, Bakı şəhəri təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının həkimlərinə təhvil verilib.

Baş verən hadisə ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportundan bildiriblər ki, terminalın ərazisində uşaqlar üçün təchiz edilmiş xüsusi yerlər var və minik zamanı valideynlər diqqətli olmalıdırlar.


Müəllif:

Oxşar xəbərlər