12 İyun 2014 17:20
657

Bu ilin yanvar-may ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fərdi qaydada qəbul edilən vətəndaşların ümumi sayı 6408 nəfər olub, onlardan 101 nəfəri nazir, 131 nəfəri nazir müavinləri, digərləri isə nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu dövrdə əmək və əhalinin sosial müdafiəsi naziri Sumqayıt, Şirvan, Lənkəran şəhərlərində, Ağdam və Salyan rayonlarında 317 nəfər vətəndaşı fərdi qaydada qəbul edib.

Hər bir müraciət araşdırılıb, müvafiq tədbirlər görülüb. Qəbullar zamanı ayrı-ayrı vətəndaşların müraciətlərinə uyğun olaraq müxtəlif reabilitasiya avadanlıqları ilə təminatı da həyata keçirilib.

Naibə


Müəllif: