4 Mart 2016 22:54
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Sophia Publishing Group Inc. nəşriyyatı AMEA Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov və İran İslam Respublikasının Xəzər Dənizi Tədqiqatları mərkəzinin bölmə müdiri doktor Homayoun Xoşrəvanın “Xəzər dənizinin hidrometeorologiyası” atlasının elektron versiyasını nəşr edib.

Atlasın giriş hissəsində Xəzər dənizi və onun hövzəsinin fiziki-coğrafi və iqlim xüsusiyyətləri haqqında ümumi məlumat, Xəzər dənizinin tədqiqatlarının təşkili tarixi, bu sahədə işləyən elmi-tədqiqat institutları və dövlət təşkilatları, onların fəaliyyətinin istiqamətləri və sair haqqında ətraflı məlumat verilir. İran İslam Respublikasında bu tədqiqatlar son zamanlar başlasa da artıq genişləndirilir.
Atlas üç fəsildən, 270 xəritədən ibarətdir.

Atlas bütün dünyada Xəzər dənizi ilə maraqlanan təsərrüfat işçiləri və elmi tədqiqatçılar üçün maraqlıdır.

SEVİL


Müəllif:

Oxşar xəbərlər