6 Mart 2016 01:25
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Senatının vitse-prezidenti Linda Lanzilotta, İtaliya Prezidentinin diplomatik məsələlər üzrə məsləhətçisi Antonio Zanardi və İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Cəmiyyətinin prezidenti, sabiq xarici işlər naziri Franko Frattini IV Qlobal Bakı Forumunda iştirak məqsədilə Azərbaycana səfərə gələcəklər. Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 10-11mart tarixində Bakı şəhərində “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Linda Lanzilotta və Franko Frattini 2015-ci ilin 28-29 aprelində Bakı şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusunda keçirilmiş III Qlobal Bakı Forumunda iştirak ediblər.


Müəllif:

Oxşar xəbərlər