6 Mart 2016 21:15
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər ağır şərtli pəhrizlərin yaddaş itkisinə səbəb olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, həkimlər gün ərzində bir neçə dəfə təkrarlanan yaddaşsızlıq zamanı qidalanma rejiminə nəzər yetirməyi məsləhət görür.

Aradabir müşahidə edilən yaddaşsızlıq yalnız doğru qidalanmamaqdan qaynaqlanır. Belə ki, pəhriz saxlayanlar və ya qidada çoxçeşidliliyə üstünlük verməyənlər yaddaş itkisi ilə üzləşir.

Çünki sağlam qidalanmayan insanda qan azlığı, B12 vitamini çatışmazlığı baş verir ki, bu da beyinə mənfi təsir göstərir.

Bu səbəbdən, arıqlamaq istəyənlər idmana müraciət etməli və ya diyetoloqla işləməlidir. Ən əsası, qısa müddətdə çox çəki itirməyi vəd edən pəhrizlərdən uzaq durmaq lazımdır.


Müəllif:

Oxşar xəbərlər