7 Mart 2016 22:55
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda (ATRPİ)“Təhsil islahatı və müəllimlərin lisenziyalaşdırılması prosesində ABŞ modelinin və təcrübəsinin öyrənilməsi” mövzusunda seminar keçirilib.

ARTPİ-nin direktoru Qulu Novruzov çıxış edərək bildirib ki, Təhsil İslahatı və onun həyata keçirilməsi, innovasiyaların tədrisdə tətbiqi və pedaqoji kadrların peşəkarlığının inkişaf etdirilməsinin zəruriliyinin aktuallığını vurğuladı. Q. Novruzov beynəlxalq təcrübənin öyrənilməsinin və inteqrasiyanın əhəmiyyətliliyini qeyd edib.

Sonra, “ConsultEd” şirkətinin direktoru, təhsil məsələləri üzrə eksperti Aqil Şərifov ölkəmizdə təhsil islahatı və müəllimlərin lisenziyalaşdırılması prosesində ABŞ modelinin və təcrübəsinin öyrənilməsi məsələləri haqqında danışaraq, müvafiq məlumatları seminar iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd etmək lazımdır ki, A.Şərifov ABŞ-da məktəb direktoru kimi fəaliyyət göstərmək lesenziyasına sahib olan yeganə gənc azərbaycanlı təhsil idarəedicisidir. O, Texas ştatında 4 ildən artıq məktəb direktoru kimi uğurlu iş fəaliyyətinə malikdir. Hazırda o, vətəni Azərbaycana geri dönərək qazandığı bilik və bacarıqları, səriştələri, iş təcrübəsini öz ölkəsində tətbiq etməklə təhsilin inkişafına dəstək vermək niyyətindədir.

NİGAR


Müəllif:

Oxşar xəbərlər