9 Mart 2016 11:13
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Siyəzən şəhərində Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayonlarında yaşayan vətəndaşlarla 11 mart 2016-cı il tarixində nəzərdə tutulmuş görüşü martın 16-na dəyişdirilib.

Bu barədəTeleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Görüş Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i, həmçinin 5 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Xaçmaz rayon Xudat qəsəbəsi 4-cü şöbə, əlaqə telefonları: 050-338-20-66, 055-768-19-10, 023-323-00-14) xahiş olunur.


Müəllif:

Oxşar xəbərlər