SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, martın 8-də Göyçay rayonunun İnçə kəndinə təbii qazın verilişini bərpa edib.
Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə bildirilib ki, 1023 abonenti olan kəndin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 55463 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Naibə QURBANOVA