Novruz bayramı ilə əlaqədar Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə martın 12-dən 20-ə qədər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhərinin müxtəlif rayonlarında, Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil ediləcək.
Teleqraf.com-un məlumatına görə, yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin mütəxəssislərindən ibarət işçi qrupları yarmarkalara təhkim olunaraq satılan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, istehlak üçün yararlı olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Eyni zamanda yarmarkalarda satılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.
Yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunacaq:
Bakı şəhəri üzrə:
Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, "Bakı" kinoteatrının yaxınlığı;
Nərimanov rayonu, Keşlə bazarının ərazisi;
Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası;
Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı;
Binəqədi rayonu , Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı
Sumqayıt şəhəri üzrə (2 yerdə):
12-ci mikrorayon;
Köhnə avtovağzalın yanı
Abşeron rayonu üzrə:
Xırdalan qəsəbəsi (Şahmat məktəbinin yanı)