Bir neçə gün əvvəl səhhəti pisləşən və Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən xalq artisti Muxtar Maniyevin sağlıq durumu ağır olaraq qalır.
Bu barədə Teleqraf.com-a Xalq artistinin oğlu məlumat verib: “Hələ ki, reanimasiya şöbəsində həkim nəzarətindədir. Həkimlər sağ olsunlar, əllərindən gələni edirlər. Huşu tam özünə gəlməyib. Həkimlər yanına heç kimi buraxmır. Uzaqdan da olsa, bir neçə dəqiqəlik görə bilirik. Sənət dostları da tez-tez zəng edir, atamın səhhətini soruşurlar”.
Rəqsanə