Ankaradakı partlayış nəticəsində zərərçəkənlər arasında Azərbaycan vətəndaşının olması barədə heç bir məlumat qeydə alınmayıb.
Bu barədə Azərbaycanın Ankaradakı səfir Faiq Bağırov AZƏRTAC-a açıqlamasında bildirib.
Qeyd edib ki, məsələ ilə əlaqədar səfirlikdə qaynar xətt yaradılıb. Araşdırmalar davam etdirilir.