Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi elan edir.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, müsabiqədə yaşı 40-ə qədər olan jurnalistlər iştirak edə bilər.
Müsabiqədə iştirak etmək istəyənlər 30 aprel 2016-ci il tarixinə qədər məqalələrini və özləri haqqında məlumatı (adı, soyadı, atasının adı, əlaqə telefonları, işlədiyi yer) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müsabiqəyə təqdim olunacaq məqalələr arial şriftində 14 ölçüdə, 3-5 səhifə həcmində olmalıdır. Müsabiqənin qalibləri mükafatlandırılacaq.
İLHAMƏ