15 Mart 2016 14:53
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 17-də Ağcabədi şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulunu keçirəcək.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda yalnız Ağcabədi, Beyləqan, Füzuli, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Görüşdə yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti) 16 mart 2016-cı il tarixində saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşların şəxsiyyəti təsdiq edən sənəd təqdim etmələri vacibdir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər