15 Mart 2016 16:08
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ Azadlıq Təşkilatı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin son dövrlərdə mandatına uyğun olmayan hərəkətlərini qətiyyətlə pisləyir və hesab edir ki, Azərbaycan hakimiyyəti bu məsələyə diqqətlə yanaşmalıdır”.

Bu fikirlər Qarabağ Azadlıq Təşkilatının bu gün yaydığı bəyanatda öz əksini tapıb.

Teleqraf.com-a daxil olan bəyanatda qeyd olunur ki, A.Kaspşik son aylar ərzində təkbaşına Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər edir, qondarma rejimin rəhbəri Bako Saakyan və digər quldurlarla görüşür: “Anjey Kaspşik bu səfərlərdə məqsədinin nədən ibarət olduğunu izah etməlidir. Bir şey aydındır ki, onun bu səfərləri erməni lobbisinin sifarişi ilə həyata keçirilir və qondarma rejimin leqallaşdırılmasına, Dağlıq Qarabağdakı separatçıların təbliğinə yönəlib. Hər dəfə bu səfərlərdən sonra erməni mətbuatı, hətta bəzi xarici ölkə KİV-ləri də Anjey Kaspşikin görüşdüyü qondarma rejimin rəhbərini “Dağlıq Qarabağ Respublikasının prezidenti” kimi təqdim edir. Anjey Kaspşik və digərləri bunu görmürlərmi?! Əlbəttə, görürlər və buna şərait yaradırlar. Bu hal təkcə Anjey Kaspşikə deyil, Minsk qrupunun həmsədrlərinə də aiddir. Onların işğal olunmuş ərazilərə səfərləri qondarma rejimin təbliğinə xidmət edir”.

QAT hesab edir ki, bütün bunlar bir daha Minsk qrupunun həmsədrlərinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin üzdəniraq fəaliyyətinin münaqişənin ədalətli həllinə deyil, status-kvonun, işğal vəziyyətinin saxlanılmasına, Dağlıq Qarabağdakı qondarma rejimin təbliğinə yönəldiyini göstərir: “Biz həmişə dediyimiz tələbi bir daha təkrar edirik ki, Minsk qrupu həmsədrlərinin fəaliyyətinə son qoyulmalıdır, həmsədrlərin, “şəxsi nümayəndə”nin işğal olunmuş ərazilərə səfərlərinə, orada qondarma rejimin nümayəndələri ilə görüşlərinə imkan verilməməlidir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər