16 Mart 2016 14:42
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bayram günləri ilə əlaqədar növbəli iş sisteminə keçib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, bayram ərəfəsində dəmir yolunda sərnişin sıxlığını aradan qaldırmaq üçün qurum rəhbərliyi xüsusi tədbirlər planı təsdiqləyib: “Plana əsasən martın 18-i və 19-da dəmir yolu stansiyaları, körpülər, sərhəd-keçid məntəqələri və qatarlarda sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin etmək üçün mühafizə sistemi gücləndiriləcək. Bununla yanaşı, həmin günlərdə sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq. Bu vaqonlara bilet satışı həmin günlər həyata keçiriləcək”.

Nadir Əzməmmədov bildirib ki, əlavə vaqonlar əsasən ölkənin Qərb istiqaməti üzrə hərəkət edən qaratlara qoşulacaq: “Səbəb bayram günlərində həmin istiqamət üzrə hərəkət edən qatarlarda daha çox sərnişin sıxlığının yaranmasıdır”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər