16 Mart 2016 15:04
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərindən istifadə edənlərin sayı artıb Komitədən verilən məlumata görə, vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 305 minə yaxın elektron xidmət göstərilib.

Ötən il isə, elektron xidmətlər vasitəsilə fiziki və hüquqi şəxslər tərəfindən 141 mindən çox müraciət qəbul edilib və qanunvericiliyə uyğun olaraq təmin olunub. Hazırda Komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 31 elektron xidmət, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Komitənin təqdim etdiyi 31 elektron xidmətdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Eyni zamanda, bu xidmətlərin 27-si interaktiv, 4-ü isə informativ xidmətlərdir.

Qeydiyyatla bağlı xidmətlərə daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi və digər xidmətlər aiddir. Aparılmış təhlillərdən bəlli olur ki, istifadəçilərin böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir. Belə ki, indiyədək yalnız daşınmaz əmlakın qeydiyyatı üzrə 21 elektron xidmətdən istifadə sayı 70 mindən çox olub. Komitənin www.e-gov.az portalı üzərindən ən çox istifadə olunan elektron xidməti ipoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlı xidmətlərdir. Bu xidmət üzrə indiyədək 30 mindən çox müraciət qeydə alınıb. İkinci yerdə 11 mindən çox müraciət sayı ilə dövlət reyestrindən məlumatın verilməsi barədə elektron xidmət dayanır. Ümumilikdə isə, indiyədək vətəndaşlardan elektron və onlayn xidmətlər vasitəsilə mülkiyyətin dövlət qeydiyyatı üzrə 298 mindən çox müraciət daxil olub.

Komitənin digər fəaliyyət sahəsi olan dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsinə dair elektron xidmətlər üzrə 7 mindən çox müraciət qəbul edilib. Komitə istifadəyə verdiyi 31 elektron xidmətin 3-ünü, eyni zamanda, SMS vasitəsilə ilə də göstərir. Bu xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi aiddir. Belə ki, mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə müvafiq məlumatlar əldə olunur.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər