16 Mart 2016 21:35
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mətbuat Şurasında keçirilən görüşdə yazıçı-publisist Orxan Fikrətoğluya mükafat təqdim olunub.

Teleqraf.com xəbər verir ki, toplantıda çıxış edən MŞ sədri Əflatun Amaşov 50 illik yubileyini qeyd edən O.Fikrətoğlunun özünəməxsus yaradıcılıq dəst-xəttindən söz açıb.

Deputat bildirib ki, yubilyarın çoxşaxəli diapazona malik fəaliyyətində başlıca yeri jurnalistika tutub:

“Biz Orxan Fikrətoğlunu həm də istedadlı ssenarist və rejissor kimi də tanıyırıq. O, kino işinin müasir dövrdəki ən yaxşı bilicilərindəndir. Ancaq hesab edirəm ki, digər fəaliyyət istiqamətləri çıxış nöqtəsini məhz jurnalistikadan və publisistikadan götürüb. Onun təqdimatları hər zaman düşündürüb. Düşündürdükcə də insanlar əsl həqiqətlərin nədən ibarət olduğunu daha yaxından dərk etmək imkanı qazanıblar”.

Görüşdə O.Fikrətoğluya Mətbuat Şurasının “Həqiqətə xidmətə görə” mükafatı da təqdim olunub.

Yazıçı-publisist çıxışında yaradıcılığının müxtəlif məqamları ilə bağlı fikirlərini səsləndirib, xatirələrini bölüşüb. O, əməyinə verilən dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.


Müəllif:

Oxşar xəbərlər