Müdafiə Nazirliyi martın 15-də Ankara şəhərində Azərbaycan və Türkiyə arasında hərbi/mülki heyətin mübadiləsinə dair imzalanan protokolu şərh edib.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, sənədə əsasən yüksək rütbəli zabitlərin qarşılıqlı olaraq hər iki dövlətin hərbi qurumlarında xidmət etməsi fikri tamamilə yanlışdır.
Qeyd olunub ki, bununla belə, ikitərəfli əməkdaşlıq planına uyğun olaraq 2015-ci ildən başlayaraq rəhbər heyət qarşılıqlı surətdə taktiki səviyyədə Azərbaycan və Türkiyədə təcrübə mübadiləsi məqsədilə qısamüddətli hərbi xidmət keçir. Bu, döyüş hazırlığının artırılması və bölmələrin uzlaşması məqsədilə həyata keçirilən təlim prosesidir.