Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Məlumata görə, Bakı şəhər sakini, 43 yaşlı Dəyanət Əhmədov naməlum şəraitdə bıçaqlanıb. Yaralı təcili 3 saylı Sabunçu Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hazırda həkim nəzarətində saxlanılan Dəyanət Əhmədovun həyatı üçün təhlükə yoxdur.
Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi məlumatlandırılıb. İlkin dindirilmə zamanı Dəyanət Əhmədov kabab bişirən zaman yıxıldığını və bıçağın onun qarnına batdığını bildirib.
Hazırda təhqiqatçılar Dəyanət Əhmədovun bu ifadəsinin düzgünlüyünü yoxlayırlar.
Hacı Zeynalov