17 Mart 2016 12:01
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın sərnişin daşımaları sahəsində fəaliyyət göstərən “BakuBus” MMC gediş haqqı kartlarının (BakıKart) satış məntəqələrini genişləndirib.

Teleqraf.com-un məlumatına görə, bu barədə “BakuBus” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

O, deyib ki, artıq “BakıKartı”ı MilliÖN ödəmə terminallarında da əldə etmək mümkündür.
Nuridə Allahyarovanın sözlərinə görə, Bakı şəhərində 50 avtobus dayanacağında MilliÖN aparatları var. Tezliklə bu rəqəmin 500 olacağı gözlənilir.

Naibə QURBNOVA


Müəllif:

Oxşar xəbərlər