17 Mart 2016 13:50
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Belarus parlamentinin nümayəndələri ilə görüşüb.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, görüşdə sədr Hicran Hüseynova, Milli Məclis deputatı Məlahət İbrahim qızı, Belarus parlamentinin Respublika Şurasının (Yuxarı palata) elm, mədəniyyət və sosial inkişaf üzrə daimi komissiyasının üzvü Tatyana Niçişina, Belarus parlamentinin Nümayəndələr Palatasının (Aşağı Palata) iqtisadi siyasət üzrə daimi komissiyasının üzvü Lyudmila Kubrakova iştirak ediblər.

Görüşdə uşaq və ana ölümünün qarşısının alınması, məişət zorakılığı ilə mübarizə, qadınların irəli çəkilməsi, ailə adət-ənənələrinin qorunması, qadınların reproduktiv sağlamlığı və digər mövzular üzrə ikitərəfli müzakirələr keçirilib. Belarus parlamentinin nümayəndələri Azərbaycanla qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində aparılan əməkdaşlığın genişləndirilməsinə olan ehtiyacı vurğulayıblar. Parlamentin nümayəndələri “Ana Ordeni” və çoxuşaqlı ailələrə dövlət dəstək siyasətinin mexanizmləri haqqında ətraflı məlumat veriblər.

Sonra Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadın kiçik və orta sahibkarlığının inkişafı, regionlarda aparılan iqtisadi layihələr, ölkədə qadınların bələdiyyədə və digər sahələrdə irəli çəkilməsi haqqında məlumat verib.

Tərəflərin müzakirəsi nəticəsində Azərbaycan və Belarusiya arasında qəbul edilmiş Memoranduma əsasən əməkdaşlığın genişləndirilməsinə qərar verilib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər