17 Mart 2016 17:02
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi tərəfindən aparılan araşdırmalar nəticəsində ölkəmizin milli mətbəxinə aid olan bəzi qida məhsullarının Müstəqil Dövlət Birliyi ölkələrinin ticarət şəbəkələrində ticari adı və istehsal yeri haqqında məlumatların təhrif olunaraq müvafiq idxalatçılar tərəfindən satışa buraxılması halları müəyyən edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ölkəmizin milli mətbəxinə xas olan “Tut doşabı” və s. qida məhsullarının, üzərindəki ticarət nişanlarında Ermənistan brendi olduğu, üstəlik istehsal edildiyi tarixi Azərbaycan torpaqları - Xankəndi şəhəri, Xocalı rayonu Ermənistan ərazisi kimi göstərilməklə satışa təqdim olunur.

Beynəlxalq hüquq və ticarət qaydalarının kobud şəkildə pozulması hallarını müəyyənləşdirən Dövlət Gömrük Komitəsi qeyri-qanuni əməllərin qarşısının alınması və həmin malların idxalına yol verilməməsi məqsədilə aidiyyəti qurumların qarşısında məsələ qaldırıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər