18 Mart 2016 01:48
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Dağlıq Qarabağ münaqişəsi tərəflərini siyasi iradə nümayiş etdirmək və münaqişənin sülh danışıqları yolu ilə nizamlamağa çağırır.

"Report" xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun İrəvan bürosunun NATO baş katibi Yens Stoltenberqə ünvanladığı yazılı suallara verilən cavabda bildirilir.

Şimali Atlantika Alyansı tərəfləri konstruktiv olmağa çağırır.

"Bu kimi uzadılmış münaqişələr müttəfiqlərin xüsusi narahatlığı üçün səbəbdir. Biz əvvəlki kimi Qafqaz regionunda sulh və stabilliyə Avroatlantikanın təhlükəsizliyi üçün başlıca səbəblərdən biri kimi nəzərdə keçirir. Biz region ölkələri ilə həm siyasi, həm də əməli aspektlərdən əməkdaşlığı davam etdirəcəyik", - deyə NATO-nun yazılı cavabında bildirilir.


Müəllif:

Oxşar xəbərlər