18 Mart 2016 16:14
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin (“Azəryaşlandşaft” ASC) tabeli qurumları tərəfindən xidməti ərazilərdə bu ilin 3 ayında ümumilikdə 160 min 390 ağac və kol bitkisi əkilib.

Teleqraf.com xəbər verir ki, bunun 84 min 390-u 81 hektar yeni əkin sahəsində, digər 76 mini isə əvvəlki illərin 185 hektarlıq əkin yerlərində doldurma-bərpa işləri aparılmaqla həyata keçirilib.

Belə ki, Suraxanı rayonu Heydər Əliyev adına Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafındakı ərazilərdə son aylarda 55 hektar sahədə 45 min 175 ağac əkilməklə yeni yaşıllıqlar salınıb. Respublikanın digər magistral avtomobil yollarının ətrafında, o cümlədən Bakı-Astara və Bakı-Quba magistral avtomobil yolunun Ələt-Salyan və Siyəzən-Şabran hissələrində yeni suvarma sistemləri qurulmaqla Ələt-Salyan yolunda 8 hektarda 6 min 664, Siyəzən-Şabran yolunda isə 3 hektarda 2 min 550 ağac əkilərək yaşıllıqlar salınıb.

Bakı-Şamaxı və Bakı-Qazax magistral avtomobil yollarının ətrafında əvvəlki illərdə salınmış yaşıllıqlarda isə doldurma-bərpa işləri aparılıb və bu işlərə 76 mindən çox ağac və kol bitkisi sərf edilib.
Ümumilikdə ASC tərəfindən xidməti ərazilərdə 2008-ci ildən 2016-cı ilin I rübünədək 3 min 740 hektarda 4 milyon 796 min 100 ədəd ağac və kol bitkisi əkilib və bunun 1 milyon 258 mini zeytundur.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər