19 Mart 2016 23:57
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində deyib ki, Azərbaycanın uzunmüddətli, dayanıqlı iqtisadi inkişafının təmin edilməsi üçün konkret addımlar atılır. “Əminəm, ilin sonuna qədər davam edən əsas islahatlar, yəni, qəbul ediləcək qərarlar ondan sonra elə şərait yaradacaq ki, Azərbaycan iqtisadiyyatı neft amilindən asılılığını azaldacaq və tam aradan götürəcək”, - deyə dövlətimizin başçısı dayanıqlı inkişafın əsas hədəf olduğunu vurğulayıb.

Prezident deyib: “Biz ancaq öz resurslarımıza əsaslanırıq. Biz öz hesabımıza yaşamışıq, yaşayacağıq. İndi bizim nə qədər imkanımız varsa, iqtisadi inkişafı o qədər də təmin edəcəyik... Mötəbər beynəlxalq qurumlar, xüsusilə Beynəlxalq Valyuta Fondu bizim siyasətimizi, iqtisadi islahatlarımızı dəstəkləyir və bu siyasətimizə çox yüksək qiymət verir”.

İslahatların dərinləşəcəyini, bütün sahələrdə şəffaflığın tam təmin ediləcəyini vurğulayan dövlətimizin başçısı bildirib: “Biz gələcək iqtisadi fəaliyyətimizi, siyasətimizi yeni iqtisadi model üzərində aparacağıq və əminəm ki, yaxın zamanlarda daha da böyük nəticələrə nail olacağıq”.


Müəllif:

Oxşar xəbərlər