Qoç - Astroloji göstəricilər yeni əlaqələrə başlamaq üçün canfəşanlıq göstərməyinizi məsləhət görür. Şəxsi büdcənizə xeyli miqdarda pul gələcək.
Buğa - İş yerində, həmkar və rəhbərlərinizlə mübahisələriniz ola bilər. Xırda konfliktlərə getməməlisiniz. Səhhətinizin qayğısına qalın.
Əkizlər - Həlledici məqamlarda təcrübəli adamlarla məsləhətləşməlisiniz. İndi lovğalıq və özündənrazılıq vaxtı deyil.
Xərçəng - Daxili gərginliyiniz planların icrasını ləngidir. Bəd fikirlərdən uzaqlaşın.
Şir - İştirakçısı olduğunuz proseslər ovqatınızı yüksəldəcək. Sevgi münasibətlərində hər şey ürəyinizcə olacaq.
Qız - Peşə fəaliyyətinizdə əsaslı dönüş edəcəksiniz. Hər bir fürsətdən istifadə edin. Qərarlarınızda qətiyyətli olun.
Tərəzi - Uğurlu gün yaşayacaqsınız. Qarşılıqlı münasibətlərdə mülayim davranın. Pul məsələlərində ehtiyatlı olun.
Əqrəb - Son günlər çox əsəbisiniz. Səhhətinizdə baş verən problemlər də elə bundan qaynaqlanır.
Oxatan - Ailə-sevgi münasibətlərində xoşbəxt anlar yaşayacaqsınız. İşgüzar sövdələşmələrdə isə vəziyyət o qədər də səmərəli olmayacaq.
Oğlaq - İşlə bağlı köklü dəyişikliklər etmək fikriniz olsa da, tərəddüdləriniz sizə mane olur. Yersiz riskdən uzaq olun.
Dolça - Bu günü bütünlüklə əyləncə və istirahətə həsr edin. Həyatınızda sevgi amilinin rolu qabaracaq. Axşam gözləmədiyiniz istiqamətdən sürprizlərlə rastlaşacaqsınız.
Balıq - Bəxtiniz gətirəcək. Batil inanclardan xilas olun.