Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları liftdə qalan 3 nəfəri xilas edib.
Teleqraf.com nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Nizami rayonunda 3 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb vətəndaşların çıxmasına şərait yaradıblar.