25 Mart 2016 12:05
1 814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc fəal, Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev polisə aparılıb.

Teleqraf.com xəbər verir ki, bu haqda Hacıyevin özü sosial şəbəkələrdə məlumat yayıb. O, Tiflisdə olarkən polisdən kömək istəyib. Polis isə onu bölməyə dəvət edərək köməklik göstərib.

B. Hacıyev baş verən hadisəni facebook səhifəsində açıqlayıb: “Dünən Tiflisdə iki gənc polisdən kiçik bir xahiş etdim. Sevinə-sevinə, diqqətlə kömək etməyə çalışdılar, başqa polisləri də dəvət etdilər. Yeni gələn iki polis yaşlı idi. Hamısının üzərində ABŞ polislərinin üzərlərində olan bədən kameraları, müasir silahları filan. Sonra, bəzi məlumatları dəqiqləşdirmək, rəsmi kömək etməkləri üçün ərizə yazmaq üçün polis maşınında polis bölməsinə getməli olduq. Bölmədə işləyənlərin də əksəriyyəti 25-35 yaş arasındakı gənc oğlan və qız polislər idi. Bir neçə nəfər isə yaşlı polislər vardı. Açıq-aydın hiss olunurdu ki, həm yoldakı, həm bölmədəki polislər canfəşanlıqla kömək etməyə çalışır, ölkələri haqqında müsbət təəssürat buraxmağa çalışırlar, “burada müraciət edin, biz Batumiyə göndərərik, sizinlə əlaqə saxlayarıq. Ora getməyin, yol uzundur, əziyyətdir, başınıza bir hadisə gələ bilər” deyirdilər. Amma yaşlı polislər uzağı yarım saatlıq sənədləşmə üçün min bir yolla “bura müraciət etməyin, gedin Batumiyə, orada müraciət edin” deməyə çalışırlar, özlərinə əziyyət verməmək üçün məni 400 km uzağa gedib-qayıtmağa razı salmaq istəyirdilər. Arada gənclərlə də mübahisə edirdilər”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər