Martın 28-də Qazaxıstanın “Air Astana” və Rusiyanın “Taymır” aviaşirkətləri Almatı və Krasnoyarskdan Bakıya olan reysləri ləğv ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanı məlumat yayıb.
Məlumata görə təyyarələr Almatı-Bakı reysi ilə paytaxtımıza yerli vaxtla 12:50-də, Krasnoyarsk-Bakı reysi ilə 22:35-də gəlməli idi.
Aviareyslərin təxirə salınma səbəbi məlum deyil.
Naibə