28 Mart 2016 15:05
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri Mikayıl Cabbarov bu il aprelin 4-də saat 11:00-da Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının qərargahında Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edəcək.

Teleqraf.com-un məlumatına görə, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun təşkil olunacaq.

Qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyənlər 28, 29, 30, 31 mart və 1 aprel 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Nazirlik qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş edir ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər