28 Mart 2016 15:20
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həyat sən nə qəribəsən” serialının məşhur siması, Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanova həmkarlarından şikayət edib.

Teleqraf.com-un xəbərinə görə, aktrisa bu barədə öz feysbuk səhifəsində yazıb: “Bir aktrisa həmkarım var, hansı daşın altını qaldırırsan onun başı çıxır...Ona görə yox ki, istedadlıdır. Ona görə ki, üzlüdür.

İstedadsız oluğunu bildiyi üçün özünü ora-bura dürtür. Səhifəyə yazırlar ki, 11-ci sinif uşaqlarının arasında kastinq keçirilir, istəyənlər müraciət etsin, elanın altına baxırsan ki, bu qız şərh bölməsinə yazıb, kastinqin harada olması barədə maraqlanıb.

Yazırlar ki, yaxşı uzunqulaq rolu oynayan gənc aktrisa lazımdır, qız elanın altına yazır ki, mən yaxşı səs çıxardıram. Amma özünü belə dürtə-dürtə “adam” olacaq. Zalımın qızını qapıdan qovurlar pəncərədən girir.

Belə aktyorlar da var, amma mən vəziyyəti bu qızın simasında işıqlandırdım”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər