Azərbaycan Prezidenti İlham Əliyev Cəmil Əziz oğlu Əliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com-un məlumatına görə, Cəmil Əliyev Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi və tibb elminin inkişafındakı xidmətlərinə görə təltif edilib.
Əliyev Cəmil Əziz oğlu 1946-cı il martın 30-da Bakıda doğulub. N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirib. Tibb elmləri doktoru, professordur. 2001-ci ildən Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.
230-dan çox elmi əsəri çapdan çıxıb. 80-ə yaxın elmi əsəri xaricdə çap olunub.
2000-ci ildə Respublika Milli Onkologiya Mərkəzinin direktoru, Rusiya TEA-nın və Azərbaycan MEA-nın akademikidir.
Bundan əvvəl Azərbaycanda tibb elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.