“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli sponsor axtarışına çıxıb.
Teleqraf.com-un məlumatına görə, Z.Məmmədli mərhum vəkil İsaxan Aşurovun xatirəsinə güləş yarışları keçirməyi təklif edib.
Onun fikrincə, hər il İsaxan Aşurovun xatirəsinə həsr edilən güləş yarışlarını Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində keçirilməsi niyyətini uzun müddətdir bildirib: “Təəssüflər olsun ki, bu vaxta qədər bu güləş yarışını obyektiv səbəblərdən keçirə bilməmişik”.
Cəmiyyət sədri bununla əlaqədar əslən Borçalıdan olan imkanlı şəxslərə, o cümlədən Faxralı kəndinin dəyərli ziyalılarına müraciət edib: “Bu yarışı maliyyələşdirməyi öz üzərinizə götürün. İsaxan Aşurov buna layiqdir”.
Cavid