Daxili İşlər Nazirliyi yazıçı Əkrəm Əylislinin saxlanılmasına aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Teleqraf.com-un sorğusuna cavab olaraq bildirib ki, Əkrəm Əylislinin buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb: “Hazırda araşdırma aparılır. İctimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, yazıçı Əkrəm Əylisli bu gün səhər Bakı hava limanında saxlanılıb. O, Venesiyada 30 mart – 2 aprel tarixlərində keçirilən “Incroci Di Civilta” Beynəlxalq ədəbiyyat festivalında iştirak etmək üçün ölkədən çıxmaq istəyib.