30 Mart 2016 15:34
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

UBM Group 31 mart soyqırımı ilə bağlı kampaniya həyata keçirir

Hər ilin bəzi təqvim günləri xalqımız üçün qara hərflərlə yazılan tarixi faciələrlə xatırlanır. Belə tarixlərdən biri də 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür.

1918-ci il martın 31-dən başlayaraq aprelin 2-dək erməni daşnak və bolşevik dəstələri tərəfindən minlərlə azərbaycanlı qətlə yetirilmiş, çoxlu sayda yaşayış binaları, məscidlər yandırılmış, əhalinin əmlakı qarət edilmişdir.

Martın 30-dan 31-nə keçən gecə ermənilərin törətdiyi soyqırım nəticəsində, təkcə Bakıda 11 minə yaxın dinc sakin, o cümlədən qadın, uşaq və yaşlı insanlar vəhşicəsinə öldürülmüşdür. Martın 31-də Şamaxı qəzasında erməni daşnakları ümumilikdə16 mindən çox azərbaycanlını, Quba kəndlərində isə 2 mindən çox günahsız insanı qətlə yetirmişlər. Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Muğanda və Dağlıq Qarabağda yüzlərlə kəndi yandırmışlar.

Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamına əsasən, hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur, bütün dünyada bu münasibətlə müxtəlif tədbirlər, konfranslar, anım mərasimləri keçirilir.

Korporativ sosial məsuliyyət proqramı çərçivəsində ardıcıl layihələr həyata keçirən UBM Group 31 mart soyqırımı ilə bağlı həqiqətləri geniş coğrafiyada yaymağı qarşısına məqsəd qoymuşdur. Bu məqsədlə şirkət tərəifindən Facebook, Twitter, Instagram və YouTube sosial şəbəkələrində “Armenian Terror” adlı səhifə yaradılmış, fəal təbliğat kampaniyasına start verilmişdir.

Şirkət tərəfindən xüsusi olaraq hazırlanmış posterlər, rəsm əsərləri və video kadrlar həmin səhifədə yerləşdirilir. Bütün dünyanı əhatə etmək məqsədilə bu təbliğat materialları Azərbaycan dili ilə yanaşı ingilis, rus, alman və fransız dillərində də hazırlanmışdır.

Xatırladaq ki, UBM Group bu ilin əvvəlindən 20 Yanvar hadisələri ilə bağlı və “Xocalıya həqiqət” kampaniyası çərçivəsində bütün sosial şəbəkələr və digər resurslar vasitəsilə geniş təbliğat işləri aparmışdır.

Biz dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizi bu işdə fəal iştiraka dəvət edirik. Gəlin, tariximizi unutmayaq, unudulmasına da imkan verməyək. Sizi bizim paylaşdığımız təbliğat materiallarından istifadə etməklə, sosial şəbəkələrdə, mediada və səsimizin duyulduğu hər bir ölkədə təbliğatı gücləndirməyə çağırırıq.

Şərhlər, xəbərlər, bəyənmələr, paylaşmalar, qeydlər və təşviqat üçün aşağıda qeyd olunmuş linklər və #armenianterror #31marchgenocide həştəqlərindən istifadə etməyinizi xahiş edirik:

https://www.facebook.com/armenianterror/

https://twitter.com/armenianterror_/

https://www.instagram.com/armenian_terror/

https://www.youtube.com/channel/UCPw6RiumvfoSK7bNGDwB3Ew/videos


Müəllif:

Oxşar xəbərlər