31 Mart 2016 09:04
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının bir sıra konqresmenləri ilə görüşüb.

Teleqraf.com AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurlu inkişafı haqqında danışıldı, bir çox sahələrdə, xüsusilə siyasi, iqtisadi, enerji, müdafiə, təhlükəsizlik sahələrində əlaqələrin çox yaxşı səviyyədə olduğu bildirildi. ABŞ Konqresinin üzvlərinin bu əlaqələrin inkişafına töhfə verə biləcəkləri qeyd edildi.

Prezident İlham Əliyev son illərdə Azərbaycanın uğurlu inkişafı haqqında danışdı.

Söhbət zamanı “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı.

Sonra dövlətimizin başçısı konqresmenlərin suallarını cavablandırdı.


Müəllif:

Oxşar xəbərlər