Rusiyanın müdafiə naziri Sergey Şoyqu azərbaycanlı və ermənistanlı həmkarları ilə telefon danışıqları aparıb.
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb:
"Dağlıq Qarabağdakı qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi ilə əlaqədar Sergey Şoyqu Azərbaycan müdafiə naziri Zakir Həsənov və ermənistanlı həmkarı Seyran Ohanyan ilə telefon danışığı aparıb. Danışıqlar zamanı tərəflər münaqişə zonasında vəziyyətin stabilləşdirilməsi istiqamətində atılacaq addımları müzakirə ediblər".
Samir