3 Aprel 2016 10:15
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 16-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi Qəmbər Hüseynlinin 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, tədbir Prezident İlham Əliyevin bəstəkarın anadan olmasının 100 illiyinin keçirilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama əsasən təşkil ediləcək.

Qeyd edək ki, Qəmbər Hüseynli milli musiqi sənəti xəzinəmizə yeni səhifələr yazmış sənətkarlardandır. Azərbaycanın çoxəsrlik mədəni irsinin təbliğində onun xalq musiqisi zəminində təşəkkül tapmış və dərin lirizmi ilə səciyyələnən yaradıcılığının özünəməxsus yeri vardır. Bəstəkarın “Cücələrim” əsəri bu gün də dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarındandır.


Müəllif: