4 Aprel 2016 12:12
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər cəbhə xəttində döyüşlər zamanı yaralılara qan verilməsi ilə bağlı Mərkəzi Qan Bankı açıqlama yayıb.

Teleqraf.com-un məlumatına görə, açıqlamada bildirilir ki, sosial şəbəkələrdə yaralı əsgərlərimizə təcili qan lazım olduğu barədə yanLış məlumatlar paylaşılıb:

“Xatırladaq ki, ölkə gündəmini cəbhədən gələn xəbərlər zəbt etdiyi bir zamanda dövlətimizin bir sıra strukturları kimi Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankı da gərgin iş rejimində çalışıb. Həmin gün Mərkəzi Qan Bankının Bərdə bölməsindən Tərtər Rayon Mərkəzi Xəstəxanasına, Sarıcallı hospitalına, Naftalan hospitalına və Bərdə Rayon Xəstəxanasına kifayət qədər qan ehtiyatı göndərilib.

Aprelin 3-də isə Mərkəzi Qan Bankının Şəki bölməsindən də hər cür ehtiyacların qarşılanması üçün cəbhə bölgələrinə yaxın xəstəxanalara lazımi qədər qan ehtiyatı göndərilib.

Bərdə rayonunun sakinləri Mərkəzi Qan Bankının həmin rayonda yerləşən bölməsinə müraciət edərək qan vermək arzusunda olduqlarını bildiriblər.

Mərkəzi Qan Bankı olaraq bildiririk ki, döyüş şəraiti üçün tələb olunan qan ehtiyatı lazımınca təmin edilir.

Sosial şəbəkələrdə qan verilməsi ilə bağlı yayılan elanların heç bir əsası yoxdur.
Mərkəzi Qan Bankının qan ehtiyatlarının tükənmə riski olarsa, ölkə ictimaiyyətinə bununla bağlı rəsmi müraciət ünvanlanacaq. Qan vermək üçün cağırış ediləcək”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər