15 İyun 2014 15:56
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyunun 13-də Naxçıvan Muxtar Respublikasında, həmçinin Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavənd rayonlarında orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarında şagirdlərin 5298-i ana dilindən, 5391-i riyaziyyatdan "iki" qiyməti alıb.

Komissiyadan Teleqraf.com-a verilən məlumata görə, ümumilikdə imtahanda iştirak etmiş 20 052 şagirdin 7818-i Ana dili, 7471-i riyaziyyatdan "üç" qiyməti alıb.

Məzunların 4046-sı Ana dilindən, 4416-sı riyaziyyatdan "dörd", 2890-ı Ana dilindən, 2774-ü riyaziyyatdan "beş" qiyməti alıb.

Orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarında isə şagirdlərin 8873-ü Ana dilindən, 10 336-sı riyaziyyatdan "iki" qiyməti alıb. Ümumilikdə imtahanda iştirak etmiş 26 380 şagirdin 11 730-u Ana dili, 9271-i riyaziyyatdan "üç" qiyməti alıb.

Şagirdlərin 4052-i Ana dilindən, 3530-u riyaziyyatdan "dörd", 1623-ü Ana dilindən, 2793-ü riyaziyyatdan "beş" qiyməti alıb.

Komissiyadan bildirilib ki, imtahanın nəticələri iyun ayının 15-də saat 13:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.

İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı, Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər. İyun ayının 13-də tam orta təhsil bazasında (11 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.


Müəllif: