5 Aprel 2016 17:28
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sivilizasiyalar Alyansının bu il aprelin 25-27-də Bakıda təşkil olunacaq 7-ci Qlobal Forumda iştirak qeydiyyatı aprelin 10-da başa çatır.

Bunu Teleqraf.com-a Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, forumun təşkilat komitəsinin katibi Vasif Eyvazzadə bildirib.

Vasif Eyvazzadənin sözlərinə görə, forumun proqramı təsdiqlənib: “Forumun keçiriləcəyi məkanlar Heydər Əliyev mərkəzi və Bakı Konqreslər mərkəzləridir və 40-a yaxın tədbir təşkil ediləcək. Dünyanın 190-dan çox ölkəsi, o cümlədən 40-dan artıq beynəlxalq qurumdan 2000 nüfuzlu şəxsin iştirak edəcək”.

Vasif Eyvazzadə qeyd edib ki, 7-ci Qlobal Forumda BMT-nin baş katibi Pan Gi Mun, eləcə də bir sıra dövlətlərin başçılarının nümayəndələri iştirak edəcəklər:

“Forumun əsas şüarı “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında baş tutacaq. Dünyanın diqqət mərkəzində olacaq və bir çox qlobal çağırışların ediləcəyi BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun proqramı təsdiqlənmək üzrədir.

Proqram çərçivəsində terrorizm və ekstremizmlə mübarizə, dünyada sülhün qorunması, mədəniyyətlər və dinlərarası dialoq kimi 40-dan çox mövzunun müzakirə ediləcəyi gözlənilir. Son iki ildə dünyanı narahat edən müxtəlif məsələlərin geniş müzakirəsi ilk dəfə məhz Bakıda təşkil olunacaq.

Həmçinin rəsmi bir toplantı keçiriləcək. Bu toplantı BMT Sivilizasiyalar Alyansının dostlar qrupunun rəsmi heyətləri tədbirin sonunda Bakı Bəyannaməsinin qəbul olunacağı nəzərdə tutulur”.

Terrorla mübarizə forumun əsas müzakirə mövzularından biri olacağını deyən şöbə müdiri qeyd edib ki, 7-ci Qlobal Forumun ilk günü gənclərə həsr ediləcək: “Həmin tədbirdə iştirak etmək üçün Bakıya dünyanın müxtəlif ölkələrindən125 gənc gələcək. Eləcə də Forum tarixində ilk dəfə olaraq biznes simpoziumu düzənlənəcək.

Dünyanın 100-dən çox tanınmış şirkəti simpoziuma dəvət olunub. Tədbirin başlıca məqsədlərindən biri dünya əhalisinin diqqətini planetdə baş verən qlobal hadisələrə yönəltmək, onların həllində insanları yaxından iştiraka çağırmaqdır.

Forumda uşaqların böyük həvəs göstərdiyi kompüter oyunları, mobil telefonların və bu kimi çağdaş cihazların insan sağlamlığına təsiri, insanlarda nifrət hissinin yaranmaması, idman və davamlı inkişaf; dünyada sülhün qorunması, miqrant, təhsil, probleminin həlli yolları və başqa qlobal məsələlər müzakirə olunacaq”.

Vasif Eyvazzadə bildirib ki, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə Azərbaycanda həm dövlət siyasəti, həm də, ölkə vəziyyətində xalqımızı tolerant mədəniyyət və tarixi bir işdir ki, ölkəmiz bunu dünyaya göstərir.

Nazirlik rəsmisinin sözlərinə görə, Forum çərçivəsində media ilə bağlı sessiyalar da nəzərdə tutulur.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər